Papuaşvili: Cənubi Qafqaz ölkələri milli maraqlarına uyğun hərəkət edir

“Bir vaxtlar qeyri-sabit hesab edilən Cənubi Qafqaz indi daha sabit və proqnozlaşdırıla bilən region halına gəlir”.

 

Azinformasiya.az  xəbər verir ki, bunu Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili İstanbulda Parlamentlərarası İttifaqın 152-ci Assambleyasında çıxışı zamanı deyib.

Onun sözlərinə əsasən, bu, təsadüfi deyil, effektiv suverenliyin nəticəsidir: “Gürcüstan, Ermənistan və Azərbaycan daha çox öz milli maraqlarına uyğun hərəkət edir. Suverenliyə hörmət edildikdə sabitlik də möhkəmlənir”.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir