Pakistanda ağır yol qəzasında azı 9 nəfər həyatını itirib

Pakistanın Sind əyalətində yük maşını və sərnişin avtobusunun toqquşması nəticəsində azı 9 nəfər ölüb.

 

Azinformasiya.az xəbər verir ki, bu barədə “Geo TV” polisə istinadən məlumat yayıb.

Məlumata əsasən, hadisə əyalətin cənubunda yerləşən Tatta şəhərinin Çaliya rayonunda qeydə alınıb.. Yük maşını ilə sərnişin avtobusunun toqquşması nəticəsində 8 nəfər hadisə yerində, bir nəfər isə aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişib.

Yük maşınının sürücüsünün qəza yerindən qaçdığı bildirilib.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir