Overçuk: İrəvan CQD konsessiyasına xitamla bağlı rəsmi müraciət etməyib

Ermənistan Baş naziri Nikol Paşinyanın Rusiya Dəmir Yollarının Ermənistan üçün “zəhərliliyi” ilə bağlı dedikləri reallıqdan uzaqdır.

 

Azinformasiya.az  xəbər verir ki, bunu Rusiya Baş nazirinin müavini Aleksey Overçuk bildirib.

Onun sözlərinə əsasən, İrəvan Cənubi Qafqaz Dəmir Yolu ilə konsessiyaya xitam verilməsi ilə bağlı heç bir rəsmi sorğu göndərməyib və Ermənistanın baş nazirinin Rusiya daşıyıcısına qarşı sanksiyalarla bağlı iddiaları əsassızdır.

“Nikol Vovayeviç bizə deyir ki, Rusiya Dəmir Yolları guya Ermənistan üçün zəhərlidir. Lakin şirkət tranzit yükləri, məsələn, Avropaya daşıyır və Paşinyandan başqa heç kim məsələ qaldırmır”, – Overçuk vurğulayıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir