Baş Dövlət Yol Polisi İdarəsi 2023-cü ildəki qəzalarla bağlı statistika paylaşıb.
Azinformasiya.Az qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, il ərzində baş vermiş yol-nəqliyyat hadisələri səbəbindən vəfat edənlərin bir neçəsi sürücülərin ailə üzvləri olub.
Belə ki, 2023-cü ildə qeydə alınan qəzalarda 3 halda sürücünün atası, 8 halda anası, 3 halda qardaşı, 3 halda bacısı, 8 halda oğlu, 4 halda qızı, 11 halda həyat yoldaşı, 21 halda isə yaxın qohumu olan şəxs həyatını itirib.