Oğuzda minik avtomobilləri toqquşub, 1 nəfər xəsarət alıb

Oğuzda minik avtomobilləri toqquşub, 1 nəfər xəsarət alıb.

 

Azinformasiya.az xəbər verir ki, hadisə şəhərin girişində qeydə alınıb. Qəza zamanı iki minik avtomobili toqquşub.

İlkin məlumata əsasən, avtomobildə olan sərnişin, rayonun Yaqublu kənd sakini – 1995-ci il təvəllüdlü Nurəhməd Nərman oğlu Mövlamov müxtəlif dərəcəli xəsarət alıb. N. Mövlamova lazımi ilkin tibbi yardım göstərilib.

O müayinə edilməsi üçün Şəki Rayon Mərkəzi Xəstəxanasına (RMX) göndərilib.

Faktla bağlı araşdırma aparılır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir