Netanyahu: İsrail Qəzzadan çəkilməyəcək

İsrail Qəzzadan çəkilməyəcək və minlərlə fələstinli təhlükəsizlik məhbusunu azad etməyəcək.

 

Azinformasiya.az “Times of Israel”ə istinadən xəbər verir ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahu Bney David hərbi akademiyasının tələbələri ilə görüşündə deyib.

HAMAS-a qarşı davam edən müharibə haqqında Netanyahu bildirib ki, “bu, növbəti raund, növbəti zərbə mübadiləsi və ya hərbi əməliyyat deyil, əksinə, İsrail bu müharibədə tam qələbədə israrlıdır”.

“Bundan az heç nə qəbul edilə bilməz. Mən buna sadiqəm, döyüşçülərimiz buna sadiqdir və xalqın mütləq əksəriyyəti buna sadiqdir. Biz ümumi qələbənin minimumu ilə kifayətlənməyəcəyik”, – Baş nazir Netanyahu vurğulayıb.
Müharibə kontekstində potensial girov müqaviləsi ilə bağlı xəbərlərə toxunan Netanyahu qeyd edib ki, İsrail “bu müharibəni bütün məqsədlərinə çatmadan bitirməyəcək. Bu, HAMAS-ın ləğvi, bütün girovlarımızın geri qaytarılması və Qəzzanın artıq İsrail üçün təhlükə yaratmayacağı vədi deməkdir.
Biz İsrail ordusunu Qəzza zolağından çıxarmayacağıq və minlərlə terrorçunu azad etməyəcəyik. Bunların heç biri baş verməyəcək. Nə olacaq? Mütləq qələbə!”, – deyə İsrail Baş naziri diqqətə çatdırıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir