Netanyahu: “İsrail-Fələstin sülh müqaviləsi tezliklə bağlanmayacaq”

İsraillə Fələstin tezliklə sülh sazişi bağlaya bilməyəcək.

 

Azinformasiya.az xəbər verir ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahu ABC televiziya kanalına müsahibəsində deyib.

“Hamı iki dövlətli həll yolundan danışır. Mənə bunun necə olacağı aydın deyil: Fələstin ordusu olmalıdırmı? İranla hərbi müqavilə imzalamalıdırlar? Şimali Koreyadan raketlər və başqa silahlar idxal olunacaqmı? “Mən həmişə demişəm ki, sülh sazişi ilə bağlı gələcək hələ çox uzaqdadır”, – deyə o bildirib.

Netanyahu vurğulayıb ki, İordaniya çayının qərbindəki ərazilər, eləcə də Qəzza zolağı üzərində təhlükəsizlik nəzarəti İsrailin əlində qalmalıdır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir