Nazir: Türkiyə hər zaman Azərbaycanın yanındadır

Türkiyə hər zaman Azərbaycanın haqlı mübarizəsində yanındadır.

 

Azinformasiya.az xəbər verir ki, bu barədə Türkiyənin milli müdafiə naziri Yaşar Gülər bildirib.

O qeyd edib ki, Türkiyə Azərbaycanın keçirdiyi antiterror əməliyyatı və gün bütün Qarabağda şanlı Azərbaycan bayrağının dalğalanmasından böyük məmnunluq hissi duyur:

“Strateji müttəfiqliyimizi möhkəmləndirmək və əməkdaşlığımızı dərinləşdirmək üçün birgə səylərimiz uğurla davam edir. Xüsusilə müdafiə sənayesi və hərbi əməkdaşlıq sahələrində sarsılmaz həmrəyliyimizi daha yüksək səviyyələrə çatdırmaq üçün davamlı olaraq çalışırıq”.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir