Naxçıvanda motosiklet divara çırpılıb, sürücü ağır xəsarət alıb

Şərur rayonunda yol-nəqliyyat hadisəsi olub.

 

Azinformasiya.az xəbər verir ki, qəza zamanı motosiklet divara çırpılıb.

Qəza nəticəsində 1968-ci il təvəllüdlü Şərur rayon Yaycı kənd sakini, Nadirov Kamil Əhməd oğlu xəsarət alıb.

Naxçıvan Muxtar Respublika Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilən yaralının vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir