Naxçıvanda bu gün 18 yaşı olan sakin ilk dəfə səsvermədə iştirak edib

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası bu gün 18 yaşını tamamlayan və ilk dəfə səs verən Naxçıvan sakinini təbrik edib.

 

Azinformasiya.az xəbər verir ki, bu gün 18 yaşı tamam olan Naxçıvan şəhər sakini Qurbanova Fatimə Qəzənfər qızı ilk dəfə səs verib.

O, 4 saylı Naxçıvan Seçki dairəsinin 28 saylı seçki məntəqəsində seçici kimi iştirak edib.

Ad günü ilə bağlı Mərkəzi Seçki Komissiyası F.Qurbanovanı təbrik edib.

Təbrik məktubunu ona 28 saylı seçki məntəqəsinin sədri Cavid Səfərov təqdim edib.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir