Naxçıvanda avtomobillər toqquşub, 1 nəfər xəsarət alıb

Naxçıvan şəhərində yol-nəqliyyat hadisəsi olub.

 

Azinformasiya.az xəbər verir ki, hadisə şəhərin Əziz Əliyev prospektində baş verib.

“VAZ 2108” markalı avtomobillə “AzSamand” toqquşub.

Qəza nəticəsində Şahbuz rayon Badamlı kənd sakini, 1993-cü il təvəllüdlü Abbasov Asim Elxan oğlu xəsarət alıb.

Sözügedən şəxs Naxçıvan Mərkəzi Xəstəxanasının travmatalogiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir