Naxçıvanda avtomobil piyadanı vuraraq öldürüb

Naxçıvan şəhərində avtomobil piyadanı vuraraq öldürüb.

 

Azinformasiya.az xəbər verir ki, hadisə şəhərin Əziz Əliyev küçəsində baş verib. 67-BG-464 dövlət nömrə nişanlı “Daimler Chrysler” markalı avtomobil Koroğlu dairəsində piyada keçidindən istifadə edən Babək rayon, Şəkərabad kənd sakini, 1955-ci il təvəllüdlü Səfərov Hüseyn Yaqub oğlunu vurub. Müxtəlif bədən xəsarətləri alan zərərçəkən Naxçıvan Muxtar Respublika Xəstəxanasına çatdırılsa da, dünyasını dəyişib.

Sürücü Babək rayon Zeynəddin kənd sakini, 1973-cü il təvəllüdlü Nəbiyev Amil Məcnun oğlu saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir