Naxçıvanda 30 yaşlı kişini elektrik cərəyanı vurub

Naxçıvan şəhər sakini avtoyumada işləyərkən onu elektrik cərəyanı vurub.

 

Azinformasiya.az xəbər verir ki, hadisə bugün şəhərin 2-ci mikrorayon ərazisində baş verib.

Elektrik cərəyanı vurması nəticəsində avtoyuma məntəqəsinin işçisi Naxçıvan şəhərinin Tumbul kənd sakini, 1993-cü il təvəllüdlü Tağıyev Asim Mais oğlu xəsarət alıb. O, Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilib, vəziyyəti orta-ağır olaraq qiymətlndirilir.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir