Naxçıvan-Sədərək yolunda maşın aşıb, 1 nəfər xəsarət alıb

Naxçıvan-Sədərək magistral yolunda avtomobil aşıb.

 

Azinformasiya.az xəbər verir ki, hadisə bu gün Şərur rayonunun Püsyan kəndi ərazisində baş verib. Hadisə nəticəsində avtomobildə olan sərnişin Şərur rayon Xanlıqlar kənd sakini, 1953-cü il təvəllüdlü İmanova Nazənin Mahmud qızı xəsarət alıb. O, Naxçıvan Mərkəzi Xəstəxanasının Travmatalogiya şöbəsinə yerləşdirilib. Vəziyyəti orta ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir