Naxçıvan-Ordubad magistralında yol-nəqliyyat hadisəsi olub.
Azinformasiya.az xəbər verir ki, hadisə magistralın Culfa rayonu ərazisində baş verib.
İki avtomobilin toqquşması nəticəsində Culfa rayon sakinləri 1968-ci il təvəllüdlü Məhərrəmova Azadə Fəhralı qızı, 1986-cı il təvəllüdlü Qafarova Könül Mehdi qızı və 2002-ci il təvəllüdlü Qafarova Aysu Vüqar qızı xəsarət alıb.
Onlar Naxçıvan Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
Azinformasiya.az