Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinə yeni rəis müavini təyin edilib – EKSKLÜZİV

Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinə (NİİM) yeni rəis müavini təyin edilib.

Azinformasiya.Az-ın əldə etdiyi məlumata görə, bununla bağlı müvafiq əmr imzalanıb.

Əmrə əsasən, DİN-in əməkdaşı, polis mayoru Emil Əhmədov NİİM-in rəis müavini təyin olunub.

DİN-in Mətbuat Xidməti “Report”a faktı təsdiqləyib.

Qeyd edək ki, NİİM-in rəisi polis polkovnik-leytenantı Namidan Piriyevdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir