Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinə (NİİM) yeni rəis müavini təyin edilib.
Azinformasiya.Az-ın əldə etdiyi məlumata görə, bununla bağlı müvafiq əmr imzalanıb.
Əmrə əsasən, DİN-in əməkdaşı, polis mayoru Emil Əhmədov NİİM-in rəis müavini təyin olunub.
DİN-in Mətbuat Xidməti “Report”a faktı təsdiqləyib.
Qeyd edək ki, NİİM-in rəisi polis polkovnik-leytenantı Namidan Piriyevdir.