Münxen görüşündə Azərbaycan-Almaniya münasibətlərinin inkişafından məmnunluq ifadə olunub

Xəbər verdiyimiz kimi, bu gün Münxendə Azərbaycan Prezidenti İlham Əliyevlə Almaniya Kansleri Olaf Şolts arasında ikitərəfli görüş keçirilib.

 

Azinformasiya.az xəbər verir ki, ikitərəfli görüşdə Azərbaycan-Almaniya münasibətlərinin inkişafından məmnunluq ifadə olunub.

Bundan əlavə, qeyd olunub ki, normallaşma prosesi iki tərəf – Azərbaycanla Ermənistan arasında aparılır.

O da bildirilib ki, Almaniya öz xoşməramlı səylərini hər zaman göstərməyə hazırdır və öz platformasını təklif edir.

Görüşdə, həmçinin qeyd edilib ki, Almaniya COP29-la bağlı Azərbaycanda bu tədbirin keçirilməsi üçün çox yaxşı imkanların olduğunu düşünür.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir