Müdafiə naziri: Artıq Ukraynanın “Taurus”a bənzər raketləri var

Ukraynanın Almaniyanın “Taurus” raketlərinə bənzər uzaqmənzilli raketləri mövcuddur.

 

Azinformasiya.az  xəbər verir ki, bu barədə Ukraynanın müdafiə naziri Mixail Fedorov Almaniyanın müdafiə naziri Boris Pistorius ilə Kiyevdə keçirilən brifinqdə deyib.

“Əgər “Taurus”dan danışırıqsa, əlbəttə ki, hazırda bizdə oxşar və daha böyük məsafədə işləyən raketlər var. Lakin belə zərbə vasitələri heç vaxt çox olmur”, – Fedorov bildirib.

Nazir qeyd edib ki, Ukrayna daha çox zərbə vasitəsi əldə etməyə hər zaman açıqdır.

“Əslində, bu istiqamətdə artıq müəyyən müstəqillik əldə edirik. Hamımız Rusiya ərazisinə 1500 kilometr məsafədə endirilən zərbələri gördük. Buna görə də Ukrayna öz “ev tapşırığını” yaxşı yerinə yetirir”, – o vurğulayıb.

Qeyd edək ki, Almaniyanın “Taurus” raketləri 500 kilometrlik uçuş məsafəsinə malikdir.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir