Moskvada XIX əsrdən sonra ən güclü leysan qeydə alınıb

İyulun 26-da Moskvada 19-cu əsrin sonundan bəri ən güclü leysan qeydə alınıb.

 

Azinformasiya.az xəbər verir ki, bu barədə paytaxtın kommunal xidmətlər kompleksinin Telegram kanalında məlumat verilib.

“Meteoroloqların fikrincə, 19-cu əsrin sonlarından bəri ən güclü leysan bu gün paytaxtda yağıb. Bir neçə saat ərzində 46 millimetrə qədər yağıntı düşüb”, – məlumatda deyilir.

Öncəki rekord 1894-cü il iyulun 26-da qeydə alınıb. Sözügedən gün 42,5 millimetr yağış yağıb.

Sinoptiklərin proqnozlarına əsasən, yaxın günlərdə güclü yağışlar davam edəcək.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir