Bakıda ölümlə nəticələnən qəza olub

Bakının Suraxanı rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

 

Azinformasiya.az xəbər verir ki, qəza Hövsan yolunda qeydə alınıb. İdarəetməni itirən “BMW” markalı avtomobilin sürücüsü minik vasitəsini “Mitsubishi” markalı avtomobilə çırpıb. Qəza nəticəsində “BMW” markalı avtomobildə olan qadın sərnişin ölüb. Minik avtomobilinin sürücüsü isə ağır vəziyyətə təcili yardım avtomobili ilə xəstəxanaya aparılıb.

Əraziyə polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir