MN: Düşmən döyüş meydanından geriyə çəkilir

“Ordumuzun arsenalında olan yüksək dəqiqlikli texnoloji vasitələr və silahlar genişmiqyaslı taktiki təlimlərdə tətbiq olunub”.

“AZİNFORMASİYA.AZ” xəbər verir ki, bunu Müdafiə Nazirliyinin mətbuat katibi polkovnik-leytenant Anar Eyvazov deyib.

Onun sözlərinə görə, onların imkanlarının əməliyyatlarda birgə istifadəsi hərbi qulluqçularımız tərəfindən tam olaraq mənimsənilib: “Hazırda Ordumuz tərəfindən aparılan əks-hücum əməliyyatında düşmənin 30 illik müddətində qürduğu müdafiə sistemi, döyüş təcrübəsi heç bir işə yaramır. Düşmənin idarəetmə sistemi iflic vəziyyətdədir. Onların bölmələri nizamsız qaydada döyüş meydanından geriyə çəkilir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir