Medvedev: Qərbin Ukraynaya qoşun yeritməsi qlobal fəlakətə gətirib çıxaracaq

“Qərbin Ukraynaya qoşun yeritməsi qlobal fəlakətə gətirib çıxaracaq”.

 

Azinformasiya.az xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev öz “Telegram” kanalında yazıb.

Medvedev, həmçinin qeyd edib ki, Qərb ölkələrinin liderləri bu halda “nə Kapitoli təpəsində, nə Yelisey sarayında, nə də Dauninq-stritdə gizlənə bilməzlər”.

Medvedevin qənaətinə əsasən, bu halda baş verəcək böyük fəlakətə görə Avropa cavabdeh olacaq.

Xatırladaq ki, bundan bir qədər öncə Rusiyanın Müdafiə Nazirliyi yaxın vaxtlarda nüvə silahının da sınaqdan keçirilməsinin nəzərdə tutan təlimlərin başlayacağını açıqlayıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir