Masallıda 6 aylıq uşaq bədbəxt hadisə nəticəsində ölüb.
Azinformasiya.az xəbər verir ki, hadisə Masallı şəhəri Digah yaşayış massivində baş verib.
2024-cü il təvəllüdlü N. Bədəlbəyli uşaq arabasından yıxılıb. Başı arabanın konstruksiyasında qalan uşaq boğularaq ölüb.
Faktla bağlı araşdırma aparılır.
Azinformasiya.az