Martın 6-dan IX sinif şagirdlərinin yerdəyişməsi dayandırılacaq

Martın 6-sı saat 17:00-dan etibarən 2022-2023-cü tədris ili üzrə IX sinif şagirdlərinin yerdəyişməsi dayandırılacaq.

Bu barədə Azinformasiya.Az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Qeyd edək ki, fevralın 21-dən 2022-2023-cü tədris ilinin II yarımili üzrə şagirdlərin yerdəyişməsi prosesi aktivləşdirilib. Yerdəyişmə prosesi sy.edu.az portalı üzərindən həyata keçirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir