Fransa prezidenti Emmanuel Makron və Ermənistanın baş naziri Nikol Paşinyan Parisdə birgə brifinq keçirib.
Azinformasiya.az xəbər verir ki, bu barədə Ermənistan KİV məlumat yayıb
Emmanuel Makron çıxışında qeyd edib ki, İrəvan Fransanın Ermənistana dəstəyinə arxalana bilər. Qarabağ erməniləri “ən tez, maneəsiz və təhlükəsiz öz evlərinə qayıtmaq hüququnu almalıdırlar”.
Həmçinin E.Makron qeyd edib ki, Fransa Ermənistanla müdafiə sahəsində əməkdaşlığı inkişaf etdirməyə davam edəcək. Fransa İrəvana müdafiə silahlarının tədarükünə razılıq verib.
Nikol Paşinyan öz növbəsində bildirib ki, Ermənistan bütün qonşularının ərazi bütövlüyünü dəstəkləyir və buna görə də ölkənin müdafiə qabiliyyətinin inkişafı heç kimdə təşviş yaratmamalıdır.
Azinformasiya.az