Lukaşenko: İnformasiya və psixoloji müharibə vəziyyətindəyik

“Hakimiyyət ölkəni müharibədən qorumaq üçün bütün imkanları səfərbər edib”.

 

Azinformasiya.az “BELTA”ya istinadən xəbər verir ki, bu barədə Belarus prezidenti Aleksandr Lukaşenko bildirib.

O deyib ki, ölkə ərazisində hər hansı hərbi toqquşmaya imkan verilməyəcək.

Belarus prezidenti, həmçinin xaricdəki müxalifət təmsilçilərini informasiya müharibəsi, eləcə də ölkədə vəziyyəti gərginləşdirməkdə ittiham edib:

“Bu qüvvələr gah Belarus ərazisində də “Crocus City” hadisəsinə bənzər terror aktının törədiləcəyi, gah da hərbi toqquşmanın baş verəcəyi barədə dezinformasiya yaymağa başladı. Başlıca məqsəd ölkəmizə hərbi hücum və ərazilərimizin işğalı üçün zəmin yaratmaq idi. Onların daha bir planı isə bu məqsədlə xarici ölkələrin qoşunlarını cəlb etmək yolu ilə hakimiyyətin ələ keçirilməsi idi. İnformasiya və psixoloji müharibə vəziyyətindəyik. Bu qüvvələri silahlı münaqişənin tərəfdarları idarə edir”.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir