Lukaşenko: Belarusun Rusiya-Ukrayna müharibəsində iştirakı müzakirə mövzusu deyil

“Ölkəmizin Rusiya-Ukrayna müharibəsində iştirakı müzakirə mövzusu deyil”.

 

Azinformasiya.az BELTA-ya istinadən xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko bildirib.

O qeyd edib ki, hazırki məqamda ölkənin daha güclü olması və sabitlik şəraitində yaşaması ilk növbədə Rusiyanın marağındadır:

“Qərb ölkəmizi Ukraynadakı müharibəyə cəlb etmək üçün əlindən gələni edir. Çünki bu, ilk növbədə NATO-nun maraqlarına cavab verir. Hazırda həm ukraynalılar, həm də Qərb üçün ən optimal variant yaranmış vəziyyəti danışıqlar masası ətrafında müzakirə etmək və razılığa gəlməkdir”.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir