Lavrovun müavini: Rusiya Qarabağda sülhməramlıların mövcudluğunu yalnız Azərbaycanla müzakirə edir

Rusiya Qarabağda sülhməramlıların mövcudluğunu ancaq Azərbaycanla müzakirə edir.

 

Azinformasiya.az xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin “RİA Novosti“yə müsahibəsində bildirib.

Qaluzin xatırladıb ki, sülhməramlılar 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Qarabağda yerləşdirilib. Bu sənəd ləğv edilməyib və sülhməramlılar, müddətin uzadılması ehtimalı ilə, 2025-ci ilin noyabrına kimi bölgədə qalacaqlar.

Qaluzin, həmçinin qeyd edib ki, Ermənistan rəhbərliyinin Praqa Bəyannaməsində təsbit edildiyi kimi, Qarabağın Azərbaycana məxsus olması barədə qərarından sonra yerdə vəziyyət kəskin şəkildə dəyişib.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir