Rusiya ərazisində həyata keçirilən təhlükəsizlik tədbirləri bu və ya digər xalqa qarşı yönəlməyib.
Azinformasiya.az xəbər verir ki, bu fikirləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov tacikistanlı həmkarı Sirojiddin Muhriddin ilə telefon söhbətində deyib.
O qeyd edib ki, atılan bütün addımlar terrorla mübarizə xarakteri daşıyır və bütövlükdə əhalinin təhlükəsizliyinin təmin olunmasını hədəfləyir.
Tərəflər, eyni zamanda görülən bütün tədbirlərin ölkələrarası münasibətlərə xələl gətirməməsinin zəruriliyini bildiriblər.
Qeyd edək ki, ötən gün Tacikistan Xarici İşlər Nazirliyi Rusiya XİN-ə nota göndərib, səfir Semyon Qriqoryevi XİN-ə çağırıb.Tacikistan XİN Rusiyada vətəndaşlarının hüquq və azadlıqlarının pozulduğunu bəyan edib.
Azinformasiya.az