“Rusiyanın Kiyev və Xarkova yeni zərbələri Donetskdəki terror aktına cavab deyil”.
Azinformasiya.az xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov bildirib.
“Bizim ordumuz sosial obyektləri, yaşayış məntəqələrini və mülki əhalini vurmur. Bu, bizim ordumuzu Kiyev rejiminin hərbçilərindən əsaslı şəkildə fərqləndirir”, – deyə Peskov vurğulayıb.
Qeyd edək ki, Rusiya ordusu bu gün Ukraynanın Kiyev və Xarkov şəhərlərini kütləvi raket zərbələri ilə atəşə tutub.
Azinformasiya.az