Rusiya xarici işlər naziri Sergey Lavrov Türkiyə xarici işlər naziri Hakan Fidan ilə telefon danışığı aparıb.
Azinformasiya.az xəbər verir ki, Rusiya XİN-in məlumatına əsasən, telefon danışığı zamanı Suriyadakı vəziyyət və Astana prosesi müzakirə edilib.
Rusiya XİN rəhbəri Suriyadakı vəziyyəti müzakirə etmək üçün iranlı həmkarı Abbas Araqçi ilə də telefon danışığı aparıb.
İran Xarici İşlər Nazirliyinin məlumatına görə, Araqçi və Lavrov Suriyadakı hadisələrlə bağlı İran, Rusiya və Türkiyənin koordinasiyasının vacibliyini vurğulayıb.
Məlumatda, həmçinin qeyd edilib ki, Rusiya və İran XİN rəhbərləri Suriya hökuməti və ordusuna dəstəklərini bildiriblər.
Azinformasiya.az