Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Fələstin xarici işlər naziri Riyad əl-Maliki görüş zamanı Qəzza zolağında münaqişəyə tezliklə son qoyulmasının vacibliyini vurğulayıblar.
Azinformasiya.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin saytında məlumat verilib.
Bildirilib ki, danışıqlar zamanı Fələstin-İsrail münaqişəsinin, ilk növbədə Qəzza zolağında gərginləşməsi ilə bağlı məsələlər ətraflı müzakirə edilib. Tərəflər Yaxın Şərqdə münaqişələrin nizamlanması prosesinin hamılıqla tanınmış beynəlxalq hüquqi əsasda bərpa olunmasının vacibliyini vurğuladılar.
Azinformasiya.az