Lavrov: Ermənistanla münasibətlər müttəfiqlik xarakteri daşıyır, ancaq mürəkkəbdir

Ermənistanla münasibətlər yaxın və müttəfiqlik xarakteri daşısa da, müəyyən çətinliklər mövcuddur.

 

Azinformasiya.az “Sputnik” ə istinadən xəbər verir ki, bu fikri Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib.

Onun sözlərinə əsasən, Avropa İttifaqı Ermənistanı öz təsir dairəsinə cəlb etməyə çalışır ki, bu da regiondakı proseslərə təsir göstərir.

“Belə halda İrəvan Avrasiya İqtisadi İttifaqı (Aİİ) çərçivəsində bütün imtiyazlarını itirmək riski ilə üzləşir. Təşkilatın may ayında keçiriləcək sammitində yığılıb qalan bütün məsələləri müzakirə etmək imkanı olacaq”, – o vurğulayıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir