Lənkəranda ikimərtəbəli ev yanıb

Lənkəranda ikimərtəbəli evdə yanğın olub.

 

Azinformasiya.az  xəbər verir ki, yanğın axşam saatlarında rayonun Gərmətük qəsəbəsi ərazisində baş verib.

Qəsəbə sakini Səxavət Rzayevə məxsus ikimərtəbəli yaşayış evində yanğınla bağlı FHN Lənkəran Dövlət Yanğından Mühafizə Hissəsinə məlumat daxil olub.

Dərhal hadisə yerinə iki texnika və şəxsi heyət cəlb olunub. Ümumi sahəsi 360 kvadratmetr sahəsi olan yaşayış evinin dam örtüyü və ikinci mərtəbədə bir otaq yanıb. Alovun qarşısı alınıb, binanın qalan sahəsi yanğından mühafizə olunub.

Hazırda yanğın lokallaşdırılıb.

Yanğının baş vermə səbəbi araşdırılır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir