Lənkəranda avtomobil yanıb

Lənkəranda avtomobil yanıb.

 

Azinformasiya.az xəbər verir ki, hadisə Lənkəran rayonunun Darquba kəndi ərazisində qeydə alınıb. Astara rayon sakini 1997 – ci il təvəllüdlü Aslan Mürsəl oğlu Rzazadə idarə etdiyi “VAZ-2106” markalı nəqliyyat vasitəsi ilə hərəkətdə olarkən yolda olan inəyi vurub.

Zərbənin təsirindən maşın yanıb. Ətrafdakıların köməyi ilə maşında olanlar çıxarılıb. Əraziyə FHN-nin Lənkəran yanğından mühafizə hissəsinin texnikası və canlı qüvvəsi, eləcə də təcili tibbi yardım briqadası cəlb olunub. Xəsarət alanlara yardım göstərilib və Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırılıblar. Görülən tədbirlərə baxmayaraq nəqliyyat vasitəsi tam yanıb.

Faktla bağlı araşdırma aparılır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir