Lənkəranda 2 maşın toqquşub, 1 nəfər xəsarət alıb

Lənkəranda yol-nəqliyyat hadisəsi olub.

 

Azinformasiya.az xəbər verir ki, hadisə şəhərin Şəhidlər xiyabanı küçəsi və Heydər Əliyev prospektinin kəsişməsində baş verib.

Lənkəran rayonunun Sütəmurdov kənd sakini Elşən Hikmət oğlu Əskərovun idarə etdiyi “VAZ-2104” markalı minik avtomobili “Nissan Note” markalı minik avtomobili ilə toqquşub. Qəza nəticəsində sürücü E.Əskərov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir