Kürdəmirdə zəncirvari yol-nəqliyyat hadisəsi olub, xəsarət alanlar var

Kürdəmirdə beş avtomobilin iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi olub, xəsarət alanlar var.

 

Azinformasiya.az xəbər verir ki, hadisə rayonun M.P.Vaqif küçəsində baş verib.

Belə ki, “QAZ 24” markalı avtomobilin sürücüsünün idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi yol kənarında dayanmış 4 maşına çırpılıb.

Qəza nəticəsində rayonun Sovla kənd sakini 33 yaşlı Cəfərov Cavid Baxış oğlu və rayonun Sor-Sor kənd sakini 72 yaşlı Rzayev Hətəmxan Hətəm oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar dərhal təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir