Kürdəmirdə yol qəzası baş verib, sürücü ölüb

Kürdəmirdə ölümlə nəticələnən yol qəzası olub.

 

Azinformasiya.az xəbər verir ki , hadisə Bakı-Qazax əsas magistral yolunun rayonun Karrar qəsəbəsindən keçən hissəsində baş verib.

Qələndərov İntiqam İsrayıl oğlunun idarə etdiyi “KamAZ” markalı yük maşını idarəetmədən çıxaraq aşıb. Nəticədə sürücü ağır bədən xəsarəti alıb. Yaralı dərhal təcili-tibbi yardım maşınının köməyi ilə Kürdəmir rayon mərkəzi xəstəxanasına çatdırılıb. Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir