Kuleba Makronla görüşüb

Parisdə səfərdə olan Ukrayna xarici işlər naziri Dmitri Kulebanın Fransa Prezidenti Emmanuel Makronla görüşü baş tutub.

 

Azinformasiya.az xəbər verir ki, bu barədə Ukrayna XİN başçısı “Twitter” hesabında bildirib.

Görüş zamanı Ukraynaya əlavə hərbi dəstək, Sülh Formula koalisiyasının genişləndirilməsi, Afrika qitəsindəki və başqa ölkələrə Ukrayna taxılının ixracı müzakirə olunub.

“Fransanın Ukraynaya davamlı dəstəyini bir daha təsdiqlədiyi üçün Prezident Makrona təşəkkür etdim”, – Kuleba vurğulayıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir