“Qara dənizdəki vəziyyət xüsusidir. Rusiya Ukraynanın Qara dənizdəki hücumlarına cavab verir”.
Azinformasiya.az xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib.
Onun sözlərinə əsasən, Ukrayna bunun bədəlini ödəməlidir, artıq ödəyir və ödəməyə davam edəcək.
Peskov qeyd edib ki, Rusiya xüsusi hərbi əməliyyatı davam etdirir və Kiyevə dəniz yolu ilə hərbi sursat və yanacaq tədarükünü tamamilə dayandırmaq istəyir.,
Həmçinin Kremlin sözçüsü Moskvanın həmişə danışıqlara açıq olduğunu, ancaq Rusiyanın Ukrayna ilə atəşkəs yox, sülhə ehtiyacı olduğunu bir daha vurğulayıb.
O, Kiyevin indiyə qədər kompleks razılaşmalara meyl göstərmədiyini söyləyib.
Azinformasiya.az