Kreml: Rusiya və ABŞ-ın bir çox qarşılıqlı faydalı layihələri ola bilər

ABŞ Rusiya ilə iqtisadi əməkdaşlığın bərpasını Ukrayna razılaşması ilə əlaqələndirir, ancaq Moskva bunu məcburi hesab etmir.

 

Azinformasiya.az  xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib.

Onun sözlərinə əsasən, Kreml əmindir ki, münasibətlər bərpa edildikdən sonra Rusiya və ABŞ-ın bir çox qarşılıqlı faydalı layihələri ola bilər.

Putinin sözçüsü həmçinin qeyd edib ki, ABŞ hələlik Rusiya neft və neft məhsullarının satışına icazələrin uzadılması ilə bağlı heç bir açıqlama verməyib.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir