Öz raketini sınaqdan keçirmək və hərbi quruculuq ilə məşğul olmaq Çinin suveren hüququdur.
Azinformasiya.az xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov Çinin yeni raketin sınağı və iki ölkənin birgə dəniz təlimləri barədə danışarkən bildirib.
O, Çinin Asiya-Sakit Okean regionunda heç bir ölkəni və ya dünyanın heç bir dövlətini təhdid etmədiyini qeyd edib.
Kremlin sözçüsü vurğulayıb ki, Rusiya-Çin birgə təlimləri heç kimə qarşı yönəlməyib.
Azinformasiya.az