Nüvə silahının Kiyevə ötürülməsi ideyası son dərəcə ekstremist bəyanatdır.
Azinformasiya.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov Qərbdə Kiyevə nüvə silahının verilməsi çağırışlarına münasibət bildirərkən deyib.
O, nüvə silahının Kiyevə ötürülməsinin mümkünlüyü ilə bağlı təkliflərin anonim şəkildə edildiyinə diqqət çəkib.
Kremlin sözçüsü vurğulayıb ki, hakimiyyətdən getmək üzrə olan Bayden administrasiyası Ukraynada eskalasiya yolu ilə gedir və bu narahatlıq doğurur.
Azinformasiya.az