Rusiya Prezidenti Vladimir Putin dünən axşam saatlarında Amerika Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoffu qəbul edib.
Azinformasiya.az xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.
O, Putinin Uitkoffu dinlədiyini və onun vasitəsilə Trampa məlumat və əlavə siqnallar ötürdüyünü vurğulayıb.
Peskov, həmçinin bildirib ki, Putinlə Tramp arasında danışıqların vaxtı razılaşdırılmayıb.
Onun sözlərinə əsasən, bu, Uitkoffun ABŞ prezidentinə məruzəsindən sonra müəyyənləşəcək.
Azinformasiya.az