Kreml: Putin və Lukaşenko danışıqları davam etdirirlər

Rusiya prezidenti Vladimir Putin və Belarus prezidenti Aleksandr Lukaşenko danışıqları bu gün davam etdirirlər.

 

Azinformasiya.az  xəbər verir ki, bu barədə Kremldən bildirilib.

Danışıqların həmçinin geniş tərkibdə keçiriləcəyi də qeyd olunub.

Qeyd edək ki, iyunun 26-da Lukaşenko Rusiyaya səfər edib. Dünən Putin və Lukaşenko Valdaydakı prezident iqamətgahında uzun danışıqlar aparıblar. Prezidentlər əvvəlcə təkbətək, daha sonra nümayəndə heyətləri ilə birgə görüşüblər.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir