Kreml: Putin və Ərdoğan arasında görüşün tarixi hələ müəyyən edilməyib

Rusiya prezidenti Vladimir Putin və Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan arasında görüşün tarixi hələ müəyyən edilməyib.

 

Azinformasiya.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə əsasən, görüşün razılaşdırılması diplomatik kanallar vasitəsilə davam edir.

“Tarixlər dəqiqləşəndə sizə məlumat verəcəyik”, – deyə Kremlin sözçüsü Putinlə Ərdoğan arasında görüşün vaxtı ilə bağlı sualını cavablandırıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir