Kiyevin təhdidləri və Rusiyanın mümkün cavab barədə xəbərdarlığı fonunda Moskva ilə Vaşinqton arasında əlaqələr intensivləşib və bu da atəşkəs razılaşmasına gətirib çıxarıb.
Azinformasiya.az xəbər verir ki, bunu Rusiya prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov bildirib.
O, eyni zamanda qeyd edib ki, əksər dünya paytaxtları Kiyevin təhdidlərinə cavab olaraq Moskvanın xəbərdarlıqlarına anlayışla yanaşıblar.
Uşakov vurğulayıb ki, Qırmızı Meydana heç bir zərbə endirilməyib: “Təbii ki, Kiyevə kütləvi cavab raket zərbəsi də endirilməyib”.
Qeyd edək ki, dünən ABŞ prezidenti Donald Trampın təşəbbüsü ilə Rusiya ilə Ukrayna arasında atəşkəsin mayın 11-dək uzadılması və 1000-in 1000-ə formatında əsrilərin dəyişdirilməsi barədə razılıq əldə olunub.
Azinformasiya.az