Kreml Bayden-Zelenski görüşünü diqqətlə izləyəcək

Moskva ABŞ prezidenti Co Bayden və Ukrayna prezidenti Vladimir Zelenski arasında keçiriləcək görüşü çox diqqətlə izləyəcək.

 

Azinformasiya.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

“Əlbəttə, biz çox diqqətlə izləyəcəyik”, Peskov Kremlin Bayden və Zelenski arasında keçiriləcək görüşü izləyəcəkmi sualına cavabında bildirib.

Qeyd edək ki, Vaşinqtonda səfərdə olan Zelenskinin ABŞ prezidenti Co Baydenlə, bütün senatorlarla görüşü və Nümayəndələr Palatasının spikeri Mayk Consonla təkbətək görüşü planlaşdırılıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir