Kreml: ABŞ hərbi bazası Litvada yerləşdirilərsə, Rusiya tədbir görəcək

“Rusiya öz təhlükəsizliyini təmin etmək üçün bütün lazımi tədbirləri görməyə məcbur olacaq”.

 

Azinformasiya.az  xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov Litva parlamentinin ölkədə nüvə silahlarının yerləşdirilməsinə qoyulan qadağanı ləğv etmək qərarı və Vilnüsün Amerika hərbi bazası planları ilə bağlı danışarkən deyib.

Onun sözlərinə əsasən, Rusiyanın qonşularının ərazisində nüvə silahlarının yerləşdirilməsi Avropada sabitliyə töhfə verməyəcək.

Kremlin sözçüsü vurğulayıb ki, ABŞ hərbi bazası Litvada yerləşdirilərsə, Rusiya tədbir görəcək.

Qeyd edək ki, Litva Seymi Konstitusiyaya ölkə ərazisində nüvə silahlarının yerləşdirilməsinə qoyulan qadağanı ləğv edən düzəlişi ilk oxunuşda təsdiqləyib.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir